AZ

İrandan ABŞ-a qisas hücumu qərarı - peşman olacaqlar…


İsrail-İran müharibəsində gərginlik ABŞ-ın müdaxiləsindən sonra daha da artıb. İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü İbrahim Rezai ABŞ-ın İranın nüvə obyektlərinə endirdiyi hava zərbələrinə cavab və çəkindirici tədbirlər görməyə qərar verildiyini açıqlayıb.

Rezayi parlamentdə İranın Atom Enerjisi Təşkilatı və Xarici İşlər Nazirliyinin yüksək səviyyəli şəxslərinin iştirakı ilə iclas keçirildiyini deyib.

ABŞ-ın nüvə obyektlərinə hücumu ilə bağlı hesabat təqdim edildiyini və mümkün zərərlərin araşdırıldığını deyən Rezai, səlahiyyətlilərin bu hücumla nüvə fəaliyyətlərinin dayandırıla bilməyəcəyini vurğuladığını bildirib.

Rezai bildirib ki, toplantıda Nüvə Silahlarının Yayılmamasına dair Sazişdən (NPT) çıxması məsələsi də gündəmə gəlib. Onun sözlərinə görə, İranın bu sazişdən çıxması da toplantı iştirakçılarının ortaq tələbləri arasında yer alıb və bu tələblərin parlamentin gündəliyinə salınması planlaşdırılır.

"Komissiya üzvləri ABŞ-ın təcavüzünə qəti, peşman edici və mütənasib cavab verilməsinin vacibliyini vurğuladılar. İntiqam və çəkindirmə tədbirləri üzvlərin razılaşdığı sahələr arasındadır", - Rizayi bildirib.

TAHİR

Seçilən
23
baki-xeber.com

1Mənbələr