AZ

Günahı başqalarında görmək sizdən 5 xəzinəni alacaq

ain.az, Olke.az portalına istinadən məlumat yayır.

Günümüzdə hər kəs dəyişiklik, uğur və xoşbəxtlik istəyir. Amma az adam bu sualla üzləşir: “Mən özüm nə edirəm, nəyi yanlış edirəm?”

Əvəzində isə daha rahat bir yol seçilir: günahı başqalarında axtarmaq. Həyat yoldaşında, rəhbərdə, ailədə, sistemdə, cəmiyyətdə… Amma bu psixoloji mexanizm – yəni məsuliyyətdən yayınma – bizi içdən-içə beş vacib xəzinədən məhrum edir.

Ölkə.Az bu “xəzinələr”ı təqdim edir:

1. Daxili güc

Günahı başqalarında görən insan, fərqində olmadan öz gücündən imtina edir. “Mən edə bilmərəm, çünki filankəs mane olur” düşüncəsi, sizi qurban roluna salır. Halbuki daxili gücünüz “Mən dəyişə bilərəm” deməklə başlayır.

2. Təhlil və öyrənmə bacarığı

Əgər hər uğursuzluğun səbəbi başqalarıdırsa, deməli siz heç bir zaman öz səhvlərinizdən dərs çıxarmayacaqsınız. Bu isə zamanla sizi öyrənmək, təkmilləşmək imkanından məhrum edir. Uğursuzluqlar öyrətmək üçün var, ittiham etmək üçün yox.

3. İnam və etibar

Günahkar axtaran insan zamanla tək qalır. Çünki insanlar ona etibar etmirlər. Niyə? Çünki bu insan hər şeyi başqasının boynuna atır. Bu isə münasibətləri zəhərləyən bir vərdişdir.

4. Real dəyərləndirmə qabiliyyəti

Hər problemi başqalarının üzərinə yükləmək sizin obyektivliyinizə zərbə vurur. Hadisələri təhlil edərkən öz rolunuzu dərk etmədiyiniz üçün nəticə çıxara bilmirsiniz. Və bu da sizi həmişə eyni dövrədə fırlanmağa vadar edir.

5. Hərəkət və nəticə alma istəyi

Özünü günahkar saymayan insan dəyişmək ehtiyacı hiss etmir. Bu isə onu passivləşdirir. İrəliləmək üçün insan “məndən asılı olan nədir?” sualını verməlidir. Əks halda, daim “onlar etmədi, onlar qoymadı” deyərək yerində sayacaq.

Günahı daim başqalarında axtaran insan, əslində, həyatını öz əlləri ilə çətinləşdirir. Uğurun, inkişafın və xoşbəxtliyin qapısı yalnız öz üzərimizə məsuliyyət götürəndə açılır.

Bəli, bəzən həqiqətən də başqaları səbəb olur. Amma həmişə yox. Və bu “həmişə yox” hissəsini görmək sizə azadlıq verir.

Unutmayın ki, günahı başqalarında axtardığınız hər an, həyatınızın açarını onlara verirsiniz.

Ölkə.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
7
1
olke.az

2Mənbələr