AZ

Bakıda iki avtomobil toqquşdu, xəsarət alanlar var

BAKI, 23 iyun. TELEQRAF

Bakının Xətai rayonunda baş vermiş yol qəzası nəticəsində iki nəfər xəsarət alıb.

Teleqraf xəbər verir ki, hadisə şəhərin Sabit Orucov küçəsi 18 ünvanında qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobilin sürücüsü dörd yol ayrıcında idarəetməni itirərək “GWM Haval” markalı avtomobilə çırpılıb. Zərbənin təsirindən “Haval” markalı nəqliyyat vasitəsi aşıb. Qəza zamanı “Mercedes” yolayrıcı dəmirə çırpılıb, “Haval” markalı avtomobil isə aşıb.

Ümumilikdə iki sərnişin xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı Xətai RPİ-də araşdırma başlanılıb.

Seçilən
5
teleqraf.com

1Mənbələr