AZ

Nüvə obyektlərinə silahlı hücumlar heç vaxt baş verməməlidir

Yarım əsrdən artıq beynəlxalq təhlükəsizliyin təməli olan nüvə silahının yayılmaması rejimi ciddi risklərlə qarşı-qarşıyadır.

Viral.az xəbər verir ki, bu sözləri BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edən Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Rafael Qrossi deyib.

“İrandakı dramatik hadisələr dünənki partlayışlar və münaqişənin potensial genişlənməsi fonunda daha da gərginləşib”, – o bildirib.

Son Yazılar:

Qrossi diplomatik səylərin vacibliyini xüsusi vurğulayıb: “Biz dialoqa və diplomatiyaya qayıtmaq üçün hələ də imkanlarımız var. Əgər bu pəncərə bağlanarsa, zorakılıq və dağıntılar nəzarətdən çıxacaq və qlobal silahların yayılmaması sistemi indi mövcud olduğu formada çökmək təhlükəsi ilə üzləşəcək”.

BAEA rəhbəri İranın nüvə obyektlərinə endirilən zərbələr barədə də məlumat verib. Xüsusilə Natanzdakı uranın zənginləşdirilməsi obyektinə yenidən hücum olunub. “Yanacaq zənginləşdirmə zavodu vurulub, ABŞ isə bu hücumlarda yerə nüfuz edən sursatlardan istifadə olunduğunu təsdiqləyib”, – Qrossi bildirib.

O qeyd edib ki, İran agentliyə “üç obyektdən kənarda radiasiya səviyyəsində artım olmadığını” bildirib. BAEA vəziyyəti diqqətlə izləməyə davam edir və İran tənzimləyicisi ilə əlaqədədir.

Qrossi BAEA müfəttişlərinin İranın nüvə obyektlərinə tam çıxışının bərpa edilməsinin, o cümlədən “60 faiz zənginləşdirilmiş 400 kiloqram uranın” hesaba alınmasının zəruriliyini vurğulayıb. “Biz danışıqlar masasına qayıtmalı və Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin mühafizəçiləri olan BAEA müfəttişlərinin İranın nüvə obyektlərinə qayıtmasına icazə verməliyik”, – deyə o əlavə edib.

BAEA rəhbəri həmçinin qeyd edib ki, nüvə obyektlərinə silahlı hücumlar heç vaxt baş verməməlidir, çünki bu, həm hücuma məruz qalan ölkə, həm də qonşu ərazilər üçün ciddi təhlükə yarada bilər, radioaktiv maddələrin sızmasına səbəb ola bilər.

“Mən dərhal Agentliyin mandatı çərçivəsində nüvə obyektlərinin mühafizəsi və nüvə texnologiyasının dinc məqsədlərlə istifadə olunması üçün bütün maraqlı tərəflərlə əlaqə saxlamağa hazıram”, – Qrossi yekunlaşdırıb.

Seçilən
4
3
viral.az

4Mənbələr