AZ

Kriştiano Ronaldoya türkiyəli baş məşqçi?

Okan Buruk heyətində Kriştiano Ronaldonun da çıxış etdiyi "Əl-Nəsr"in baş məşqçisi vəzifəsinə namizədlərin siyahısında ilk sıralardadır.

İdman.biz xəbər verir ki, bu barədə "Tuttomercatoweb" məlumat yayıb.

Okanın "Qalatasaray"la ardıcıl 3 il Türkiyə çempionu olması və məşhur futbolçulara rəhbərlik etmək bacarığı ilə Səudiyyə Ərəbistanı klubunun diqqətini çəkib.

Qeyd edək ki, 2024/25 mövsümündə "Əl-Nəsr"i çalışdıran Stefano Pioli yeni mövsümdə "Fiorentina"nın baş məşqçisi olacaq.

İdman.biz

Seçilən
26
1
idman.biz

2Mənbələr