AZ

Norveç Ukraynaya 400 milyon dollar ayırır

Norveç Ukrayna hərbi sənaye kompleksinə 400 milyon dollar ayırır.

Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

"Bu gün Norveçin müdafiə naziri Ukraynada idi. Yeni sərmayələr, ilk növbədə pilotsuz təyyarələrin istehsalı yönündə 400 milyon dolların ayrılması ilə bağlı qərar var", - Zelenski bildirib.

Həmçinin, Zelenskinin sözlərinə görə, Avropanın ən böyük müdafiə şirkətlərindən biri olan Norveçin “Kongsberg Defence & Aerospace”in ofisi artıq Ukraynada açılıb.

Seçilən
20
3
axar.az

6Mənbələr