AZ

İranın nüvə ambisiyaları qəbuledilməz təhlükədir ABŞ nümayəndəsi

ain.az, Redaktor.az saytına istinadən bildirir.

ABŞ-nin BMT-dəki daimi nümayəndəsinin müavini Doroti Şi İranın nüvə silahına malik olmaması gərəkdiyini və ABŞ-nin İranın nüvə obyektlərinə endirdiyi son zərbələrin “kollektiv özünümüdafiənin ayrılmaz hüququ” çərçivəsində zəruri addım olduğunu bildirib.

Redaktor.az xəbər verir ki, Doroti Şi bu fikirləri BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı səsləndirib.

“İran yüzlərlə ballistik raket və terrorçu qrupların vasitəsilə İsrailə hücum edib. İran hökuməti Yaxın Şərqdə onilliklər boyu davam edən əzab və ölümlərə görə məsuliyyət daşıyır. Eyni zamanda, İraq və Əfqanıstandakı hərbçilər də daxil olmaqla, çox sayda amerikalının ölümündə də məsuliyyət Tehranın üzərindədir”, – ABŞ rəsmisi vurğulayıb.

Şi Təhlükəsizlik Şurasını İrana qarşı daha sərt mövqe nümayiş etdirməyə çağırıb: “Şura İranı İsraili məhv etməyə yönəlmiş 47 illik səylərinə son qoymağa, nüvə silahı əldə etmək planlarını dayandırmağa və xoş niyyətli sülh danışıqlarına başlamağa çağırmalıdır”.

ABŞ nümayəndəsi İranın nüvə danışıqlarındakı mövqeyini də tənqid edərək, Tehranın uzun illər nüvə proqramını gizlətdiyini və diplomatik təşəbbüslərə mane olduğunu bildirib.

“İranın nüvə ambisiyaları qəbuledilməz təhlükədir. Tehran regiondakı vəziyyəti daha da gərginləşdirməkdən çəkinməlidir”, – deyə Doroti Şi əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
32
redaktor.az

10Mənbələr