AZ

Türkiyə Hörmüz boğazının bağlanması riskinə qarşı alternativ nəqliyyat marşrutlarını gücləndirir - Abdulkadir Uraloğlu

Bakı. Trend:

Türkiyə Fars körfəzi ölkələrindən neft və qazın ixracında əsasnəqliyyat arteriyası olan Hörmüz boğazının bağlanması riskiniminimuma endirmək üçün quru və dəniz logistik marşrutlarını fəalşəkildə inkişaf etdirir.

Trend xəbər verirki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziriAbdulkadir Uraloğlu açıqlama verib.

“Boğazın bağlanacağı təqdirdə etibarlı alternativlərəehtiyacımız var. Bu səbəbdən biz ‘İnkişaf Yolu’ və ‘Orta Dəhliz’layihələrini həyata keçiririk”, – deyə nazir bildirib.

Onun sözlərinə görə, “İnkişaf Yolu” layihəsinin 2,1 minkilometrlik hissəsi Türkiyə ərazisindən keçir və bu infrastrukturunyaradılmasına təxminən 24 milyard dollar sərmayə qoyulması nəzərdətutulur. Paralel olaraq, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu– “Orta Dəhliz” də gücləndirilir, burada marşrutun 2,2 minkilometri Türkiyə ərazisinə düşür. Qeyd olunur ki, bu marşrutunəsas hissələrinin tikintisi artıq tamamlanıb.

Layihələr tam istismara verildikdən sonra yük daşımalarınınAvropaya çatdırılma müddəti “İnkişaf Yolu” vasitəsilə 25 günə,“Orta Dəhliz”lə isə rekord səviyyəyə – 13 günə enəcək.

Xatırladaq ki, “Orta Dəhliz” kimi tanınan Trans-Xəzər BeynəlxalqNəqliyyat Marşrutu Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan vəTürkiyə vasitəsilə Avropa ölkələrinə qədər uzanır və yük daşımalarıXəzər dənizi üzərindən həyata keçirilir. 2024-cü ildə bu marşrutlaÇindən daşınmış yüklərin həcmi ötən illə müqayisədə 25 dəfədən çoxartaraq 27 min konteyneri ötüb.

Seçilən
37
az.trend.az

1Mənbələr