AZ

Disneylend də 9 yaşlı qızla evlənmək istəyən kişi həbs olundu

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Parisdəki "Disneylend"də adı açıqlanmayan bir kişi toy təşkil etməyə çalışsa da, gəlin 9 yaşlı ukraynalı qız olduğu üçün buna nail ola bilməyib.

Oxu.Az "Le Parisien"ə istinadən xəbər verir ki, gələcək ukraynalı gəlin toy yerinə gəldikdə "Disneylend" əməkdaşları onun hələ uşaq olduğunu aşkar edərək hüquq-mühafizə orqanlarına məlumat veriblər.

Kişi öncədən "Disneylend"i icarəyə götürməyə çalışıb. O, yüzə yaxın qonaq dəvət edib. Lakin tədbir baş tutmayıb.

İnsidentlə bağlı dörd nəfər həbs olunub. Onların arasında britaniyalı olduğu iddia edilən 22 yaşlı "bəy", uşağın 41 yaşlı ukraynalı anası, 55 və 24 yaşlı iki Latviya vətəndaşı var.

"Bəy" özü iddia edir ki, bu, sadəcə səhnələşdirilmiş toy olub, əslində orada film çəkilməli idi. Həmin şəxsin film istehsalı şirkətinin direktoru olduğu iddia edilir. Fransa prokurorluğu iddiaları təsdiqləsə də, məsələ hazırda araşdırılır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
oxu.az

1Mənbələr