AZ

Kolumbiyada qiyamçılar 57 hərbçini qaçırdı

BAKI, 23 iyun. TELEQRAF

Kolumbiyada qiyamçılar 57 hərbçini ələ keçirib.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin “X” sosial şəbəkəsindəki səhifəsində paylaşım edilib.

Məlumata görə, 4 zabit və 53 əsgər Kolumbiyanın cənub-qərbində yerləşən Kauka departamentinin Arxeliya bələdiyyəsi ərazisində “Karlos Patinyo” qruplaşmasının üzvləri tərəfindən ələ keçirilib.

Müdafiə Nazirliyi hərbçilərin qaçırılmasını qətiyyətlə pisləyib, baş verənləri cinayət və dövlətə qarşı təhqir adlandırıb. Hadisənin baş verdiyi əraziyə ordu qüvvələri yeridilib. Hərbçilərin azad edilməsi və yerli əhalinin müdafiəsi istiqamətində tədbirlər görülür.

Seçilən
24
1
teleqraf.com

2Mənbələr