AZ

Kolumbiyada üsyançılar 57 əsgəri girov götürüb

Bakı. Trend:

Kolumbiyanın Müdafiə Nazirliyi “Karlos Patinyo” silahlıqruplaşmasının ölkənin cənub-qərbində yerləşən Kaukadepartamentinin Arxeliya bələdiyyəsində 57 hərbçini iradələrinəzidd olaraq əsir götürdüyünü açıqlayıb.

Trend xəbər verir ki, bu barədə departamentin X-dəki səhifəsindəməlumat yayıb.

“Bu gün dörd zabit və 53 peşəkar hərbçi öz iradəsinə zidd olaraqazadlıqdan məhrum edilib. Bu hərəkət təkcə onların fundamentalhüquqlarının kobud şəkildə pozulması deyil, həm də Kolumbiyadövlətinə qarşı açıq təhqirdir", - departament qeyd edib.

Qeyd olunur ki, əsgərlərin girov götürülməsində vaxtiləKolumbiyanın İnqilabçı Silahlı Qüvvələrinin (FARC) döyüşçüləritərəfindən yaradılmış yarımhərbi birləşmələrdən olan “KarlosPatinyo” qruplaşması iştirak edib.

Nazirlik həmçinin bildirib: “Biz ölkənin cənub-qərbində dövlətqüvvələrinin qanuni fəaliyyətinə mane olmaq məqsədilə yerliicmalardan qorxaqcasına istifadə edən ‘Karlos Patinyo’ qrupununəsgər və zabitlərimizi oğurlamasını qəti şəkildə pisləyirik”.

Seçilən
13
az.trend.az

1Mənbələr