AZ

Husilər ABŞ-nin hücumuna cavab vermək üçün İranın qərarını gözləyir

BAKI, 23 iyun. TELEQRAF

Yəmənin “Ənsar Allah” hərəkatı “müqavimət oxu” ilə əlaqələndirmə aparır və ABŞ-nin İrana qarşı hücumuna cavab vermək üçün Tehranın qərarını gözləyir.

Teleqraf xəbər verir ki, bunu hərəkatının siyasi büro üzvü Məhəmməd əl-Buheiti bildirib.

Məhəmməd əl-Buheiti ABŞ-nin İranın nüvə obyektlərinə qarşı həyata keçirdiyi hücumları pisləyib və onları təcavüzkar adlandırıb.

O bildirib ki, nə ABŞ, nə də İsrail Fələstin, Yəmən və İran xalqlarının kollektiv iradəsini qıra bilməz.

"Biz İrana qarşı son hücuma cavab hazırlamaq üçün müqavimət oxu ilə əlaqələndirmə aparırıq. Cavab tədbirlərinə başlamaq üçün vaxtla bağlı İranın qərarını gözləyirik", - husi rəsmisi deyib.

Seçilən
9
teleqraf.com

1Mənbələr