İran parlamenti ABŞ-nin nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra Hörmüz boğazını bağlamaq qərarına gəlib.
Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, bu məsələ ilə bağlı yekun qərarı Milli Təhlükəsizlik Şurası verməlidir.
Bundan əvvəl İran Müdafiə Nazirliyi ABŞ-nin İslam Respublikasına endirdiyi zərbələr fonunda “X” sosial şəbəkəsindəki səhifəsində Hörmüz boğazını bağlamaqla hədələmişdi.
Qeyd edək ki, dünya üzrə dəniz yolu ilə daşınan xam neftin təxminən dörddə biri və mayeləşdirilmiş təbii qazın təxminən 20 faizi məhz bu boğazdan keçir.
Elcan
Missiya.Az