AZ

İrana zərbə icazəsini Tramp qolfklubda veribmiş

ABŞ prezidenti Donald Tramp İranın nüvə obyektlərinə zərbə endirmə əməliyyatına yekun razılığı iyunun 21-də Nyu-Cersi ştatının Bedminster şəhərindəki qolf klubunda olarkən verib.

Musavat.com xəbər verir ki, məlumatı Axios portalı yayıb.

Bildirilir ki, hücumun baş verə bilməyəcəyi ilə bağlı açıq bəyanatlara baxmayaraq, Amerika lideri iyunun 20-də müdafiə naziri Pit Heqsetə ABŞ ərazisindən əməliyyata B-2 strateji bombardmançıları göndərməyi əmr edib. Bir neçə saat sonra təyyarələr Missuri ştatındakı hava bazasından havaya qalxıb. Portal qeyd edir ki, onlardan bəziləri “aldadıcı fənd” kimi qərbə uçub. İyunun 21-də qolf klubunda Amerika liderinə bildiriblər ki, bombardmançıların geri dönüşün mümkün olmadığı nöqtəyə - tam radio səssizliyinə keçəcəkləri an çatmaq üzrədir. Prezident İranın nüvə obyektlərinə zərbələr endirmək üçün son icazə verib.
Bir müddət sonra Tramp Vaşinqtona uçub. Ağ Evin Situasiya Otağında onun milli təhlükəsizlik komandası ona əməliyyat haqqında məlumat verib. Axios xəbər verir ki, zərbə zamanı Amerika liderinin xüsusi nümayəndəsi Stiven Vitkoff İranın xarici işlər naziri Abbas Əraqçiyə mesaj göndərərək əməliyyatın birdəfəlik əməliyyat olduğunu və yalnız Tehranın nüvə proqramı ilə məhdudlaşdığını açıqlayıb. Vitkoff əlavə edib ki, Birləşmiş Ştatlar hələ də diplomatik həll yolu axtarır və indi İranın uranın zənginləşdirilməsi üzrə əsas obyektlərini məhv etdikdən sonra danışıqlar masasına qayıtmasını istəyir.

Musavat.com

Seçilən
13
4
musavat.com

5Mənbələr