AZ

İsmayıllıda oğlu tərəfindən boğazı kəsilən kişi VƏFAT ETDİ

İsmayıllı rayonunda oğlu tərəfindən bıçaqlanan kişi ölüb.

Bizim.Media xəbər verir ki, iyunun 17-də oğlu tərəfindən bıçaqlanan Talıstan kənd sakini, 1968-cı il təvəllüdlü Bəhlul Təşkilat oğlu Əzizov xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

B.Əzizov dünən axşam saatlarında xəstəxanada dünyasını dəyişib.

Xatırladaq ki, iyunun 17-də İsmayıllı rayonunun Talıstan kəndi ərazisində kənd sakini, 1994-cü il təvəllüdlü Kənan Bəhlul oğlu Əzizov sərxoş vəziyyətdə olan atası, 1968-ci il təvəllüdlü Bəhlul Təşkilat oğlu Əzizovu bıçaqlayıb. O, atasına qarın və boğaz nahiyəsindən iki zərbə endirib. (Oxu.az)


Bizim.Media

Seçilən
27
3
bizim.media

4Mənbələr