AZ

ABŞ İrana hücum zamanı aldadıcı manevrdən istifadə edib

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

ABŞ İranın nüvə obyektlərinə hücum etməzdən əvvəl qırıcılar vasitəsilə aldadıcı manevr həyata keçirib.

Oxu.Az "The New York Times"a istinadən xəbər verir ki, ABŞ hərbi komandanlığı hücum planının uğurla alınması üçün eyni vaxtda Missuridən "B-2" bombardmançılarından ibarət iki qrupu havaya qaldırıb.

Qeyd olunur ki, təyyarələrdən bir qrupunun radiolokasiya qurğusu işlək vəziyyətdə Yaxın Şərqdən əks istiqamətə göndərildiyi halda, bunker bombaları daşıyan digər təyyarənin radiolokasiyası söndürülmüş halda İran üzərinə hərəkət edib.

Ekspertlər bildiriblər ki, bununla da Vaşinqton planlaşdırdığı hücumun vaxtı və istiqamətini gizlədərək qarşı tərəfi çaşdırıb.

Qeyd edək ki, iyunun 22-nə keçən gecə ABŞ Hərbi Hava Qüvvələri İranda Fordo, Natanz və İsfahan da daxil olmaqla üç nüvə obyektinə zərbələr endirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
9
2
oxu.az

3Mənbələr