AZ

Cud Bellinqem klublararası dünya çempionatından sonra əməliyyat olunacaq

"Real Madrid"in yarımmüdafiəçisi Cud Bellinqem Klublararası dünya çempionatından sonra çiynindən əməliyyat olunacaq.

Operativ Media xəbər verir ki, bunu futbolçunun özü jurnalistlərə açıqlamasında təsdiqləyib.

“Ağrı o qədər də pis deyil, amma sapandla oynamaqdan bezmişəm. Çox tərlədiyim üçün sürətlə arıqlayıram və qərara gəldim ki, turnirdən sonra əməliyyat olunacağam. Bu əməliyyatı uzun müddətdir gözləyirdim və artıq səbrim tükənir. Həkimlər isə özümü tam rahat hiss etməyimi istəyirlər”, – Bellinqem bildirib.

Klublararası dünya çempionatının qrup mərhələsində “Paçuka” ilə keçirilən görüşdə (3:1) Bellinqem matçın ən yaxşı oyunçusu seçilib. O, bu qarşılaşmada ispanların heyətində ilk qolu vurub.

2024/25 mövsümündə Bellinqem 54 oyunda 15 qol vurub və 14 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
2
operativmedia.az

1Mənbələr