Bu gün Azərbaycanda dövlət qulluqçularının peşə bayramı qeyd olunur. İyunun 21-də Prezident İlham Əliyev bir qrup dövlət qulluqçusunu təltif edib.
Modern.az-ın məlumatına görə, təltif edilən dövlət qulluqçuları arasında Milli Məclisin əməkdaşları da var.
Belə ki, Milli Məclisin Katibliyinin rəisi Teymur Tağıyev və Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev "Tərəqqi" medalı ilə təltif olunublar.