AZ

Rusiya Kiyevə kütləvi hücum etdi: Ölənlər və yaralananlar var

BAKI, 23 iyun. TELEQRAF

İyunun 23-nə keçən gecə Rusiya Kiyev şəhəri və onun vilayətinə qarşı genişmiqyaslı hava hücumu həyata keçirib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Ukrayna rəsmilərinin məlumatına görə, hücumda kamikadze dronlardan və ballistik raketlərdən istifadə olunub.

Zərbələr nəticəsində paytaxtın bir neçə rayonunda ciddi dağıntılar qeydə alınıb. Bir neçə yaşayış binası zədələnib, “Svyatoşin” metro stansiyası da hücumdan zərər çəkib.

İlkin rəsmi məlumata görə, Kiyevdə azı 5 nəfər həyatını itirib, 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Seçilən
19
teleqraf.com

1Mənbələr