AZ

İsrail İran qarşıdurması: Neft bazarına təsirlər, investor davranışları və proqnozlar

ain.az, Bakivaxti portalına istinadən məlumat verir.

Yaxın Şərqdə İsrail və İran arasında baş verən qarşıdurma dünya enerji bazarlarında ciddi narahatlığa səbəb olub. Bu gərginlik neft qiymətlərində ani və kəskin dalğalanmalarla özünü göstərir.

Həmçinin, münaqişənin hansı istiqamətdə inkişaf edəcəyi barədə qeyri-müəyyənlik investorların davranışlarını xeyli təsir altına alıb. Belə mürəkkəb və dəyişkən şəraitdə enerji bazarlarının gələcək dinamikası ilə bağlı proqnozlar və ehtimallar daha da aktuallaşıb. Bazar iştirakçıları və analitiklər hər an vəziyyətin dəyişə biləcəyini nəzərə alaraq, riskləri qiymətləndirməyə çalışırlar.

Bu çərçivədə, mövcud vəziyyətin neft bazarına təsiri və mümkün inkişaf ssenariləri barədə iqtisadçı-ekspert Eldəniz Əmirov Bakıvaxtı.az-a geniş açıqlama verib.

Eldəniz Əmirov qeyd edib ki, İsrail və İran arasında baş verən qarşıdurma ilkin olaraq neft qiymətlərinə əhəmiyyətli təsir göstərib. Bu təsir, əsasən, investorların bazar davranışlarının qeyri-müəyyənlik şəraitində formalaşması ilə əlaqədardır, çünki münaqişənin hədəflərinin və istiqamətlərinin müəyyən olmaması qiymətlərin artmasına səbəb olub:

"Nəticədə, tələb artışı ilə əlaqədar neft qiymətlərində yüksəliş müşahidə edilib. Daha sonra isə hədəflər və prosesdə iştirak edən ölkələrlə bağlı məlumatların müəyyən qədər açıqlanması nəticəsində qiymətlər nisbətən stabilləşib".

Eldəniz Əmirov, iqtisadçı-ekspert

Onun sözlərinə görə, hal-hazırda isə neft indekslərində dalğalanmalar davam etməkdədir. ABŞ-nin XIV indeksi son dövrlərin ən yüksək volatilliyini nümayiş etdirir:

"Əgər münaqişə İsrailin müəyyən etdiyi tələblər əsasında həll olunarsa, neft qiymətlərində azalma tendensiyası müşahidə edilə bilər. Bunun əsas səbəbi İranla əldə olunacaq razılaşmanın sanksiyaların ləğvinə gətirib çıxararaq, İranın neft bazarına daxil olmasına imkan verməsidir ki, bu da təklif olunan neft həcminin artmasına və nəticədə qiymətlərin aşağı düşməsinə səbəb olacaqdır".

Əli Hüseynov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
1
bakivaxti.az

2Mənbələr