AZ

Avstriyadan Azərbaycana investisiyalar 53,8% azalıb

2025-ci ilin ilk rübündə Azərbaycana Avstriyadan 27 milyon 162 min ABŞ dolları həcmində birbaşa xarici investisiya yönəldilib.

FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 14 milyon 603 min ABŞ dolları və ya 2,2 dəfə azalıb.

Xatırlatma üçün bildirək ki, 2024-cü ilin ilk rübündə Azərbaycana Avstriyadan yönəldilmiş birbaşa xarici investisiyaların həcmi 12 milyon 559 min ABŞ dolları olub.

Hesabat ilində Azərbaycan iqtisadiyyatına cəlb olunmuş ümumi birbaşa investisiyalarda Avstriyanın payı 1,8% təşkil edib. 2024-cü ildə isə bu göstərici 0,8% idi.

Seçilən
5
1
fed.az

2Mənbələr