Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Kolumbiyanın Müdafiə Nazirliyi X şəbəkəsindəki səhifəsində "Karlos Patinyo" adlı qiyamçı qrupun 57 nəfər hərbçini - 4 nəfər zabiri və 53 nəfər peşəkar əsgəri qaçırıb girov saxladıqlarını bildirib.
Hadisə ölkənin cənub-qərbindəki Kauk departamentinin Arxeliya bələdiyyəsində baş verib.
"Karlos Patinyo" qrupu "Kolumbiya İnqilabi Silahlı Qüvvələri" qiyamçı təşkilatının hərbiləşdirilmiş qruplarından biridir.
Hürr Tərcüman