Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
ABŞ-də silahlı şəxs kilsəyə daxil olaraq ibadət edənlərə atəş açıb.
Oxu.Az-ın "Detroit News"a istinadla verdiyi məlumata görə, hücum Miçiqan ştatında "CrossPointe Community Church" kilsəsinə olub.
Bildirilir ki, hadisənin baş verdiyi vaxt kilsədə şagirdlərə həsr olunmuş ibadət keçirilib, buna görə ibadət edənlərin əksəriyyəti uşaqlar olublar.
Hadisə nəticəsində bir nəfər xəsarət alıb.
Hücum edən şəxs məhv edilib. Hadisə zamanı keşiş onu avtomobillə vurub, bu isə mühafizəçiyə onu zərərsizləşdirmək üçün imkan yaradıb.
Ümumilikdə kilsədə təxminən 150 nəfər olub.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.