Avtosfer saytından alınan məlumata görə, ain.az bildirir.
Bakıda svetoforun siqnallarına əhəmiyyət verməyən sürücülər qaydaları pozublar. Avtosfer.az xəbər verir ki, hadisə mayın 30-da, paytaxtın Mixail Kaveroçkin küçəsilə Ülvi Bünyadzadə küçəsinin kəsişməsində qeydə alınıb. Belə ki, 10-UN-090 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü qırmızı işığın yanmasına məhəl qoymadan hərəkətinə davam edib. Daha sonra digər istiqamətdən gələn 99-UM-977 qeydiyyat nişanlı "Nissan" markalı avtomobilin sürücüsü də qırmızı işığın yanmasına əhəmiyyət verməyərək hərəkətinə davam edib.
Sözügedən videonu təqdim edirik.
Fərid
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.