AZ

FHN: Ötən həftə 607 yanğına çıxış olub, 24 nəfər xilas edilib - VİDEO

Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən APA-ya verilən xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 607 yanğına çıxış, 22 halda köməksiz vəziyyətdə qalma və 3 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 7-si azyaşlı olmaqla 24 nəfər xilas edilib, 7 nəfər təxliyə olunub, 4 nəfər xəsarət alıb, 5 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Seçilən
19
20
apa.az

10Mənbələr