AZ

Hörmüz boğazı bağlanarsa, hansı ölkələr ziyan görəcək?

ain.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

Hörmüz boğazı İranla Oman arasında yerləşir və Fars körfəzindən dünya bazarına çıxan xam neftin təxminən 20%-i bu boğazdan keçir. Bu da gündə təxminən 17 milyon barel neft deməkdir.

BAKU.WS-in məlumatına görə, hazırda Hörmüz boğazının bağlanmaq təhlükəsi yaranıb. İran-İsrail müharibəsi başlayandan bu yana rəsmi Tehran boğazın bağlanacağı barədə xəbərdarlıq etmişdi. 

Xüsusilə ABŞ ordusunun İrandakı nüvə təsisatlarına endirdiyi zərbədən sonra İslam Respublikası boğazı bağlamaq qərarına gəlib. 

İran boğazı bağlayarsa nə baş verə bilər?

Neft qiymətləri kəskin artar

Boğaz bağlansa, təklif azalacaq, amma tələbat olduğu kimi qalacaq. Bu da neft və qaz qiymətlərinin sürətlə artmasına səbəb olacaq.

Nəqliyyat zənciri pozular

Boğazdan təkcə neft yox, həm də qaz, kimyəvi maddələr və digər mallar daşınır. Gəmi yolları bağlandıqda, alternativ marşrutlar baha və uzun olur – bu da logistika xərclərini artırır.

İqtisadi tənəzzül və inflyasiya

Neft qiymətinin artması səbəbindən bir çox ölkədə yanacaq, elektrik, nəqliyyat və ərzaq qiymətləri bahalaşar. Bu da inflyasiyaya və tənəzzülə səbəb ola bilər.

Ən çox əziyyət çəkəcək ölkələr hansılar olacaq?

Çin, Yaponiya, Cənubi Koreya, Hindistan enerji ehtiyaclarının böyük hissəsini Orta Şərqdən – yəni Hörmüz boğazı vasitəsilə alırlar. Alternativi azdır, ona görə ən böyük ziyanı onlar çəkəcək. Xüsusilə Almaniya, Fransa və İtaliya kimi sənaye ölkələri enerji qiymətlərindəki artımdan təsirlənəcək. Qaz ehtiyaclarının bir hissəsini də bu yol vasitəsilə alırlar.

Əgər boğaz bağlanarsa, əudiyyə Ərəbistanı, Küveyt, BƏƏ nefti sata bilməyəcək, yəni gəlirləri ciddi azalacaq. ABŞ-nin regionda hərbi və iqtisadi maraqları var. Qiymət artımı və qeyri-sabitlik qlobal bazarları sarsıdacaq. Həm də müttəfiqlərinin enerji təhlükəsizliyi pozulacaq.

İran Hörmüz boğazını bağlasa, bu qlobal miqyasda iqtisadi şok yaradacaq. Neft qiymətləri qalxacaq, inflyasiya artacaq, nəqliyyat çətinləşəcək və enerji böhranı baş verə bilər. 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
1
baku.ws

2Mənbələr