AZ

Rusiya miqrantlardan əl çəkmir - indi də yeni qanun hazırlanır


Rusiyada miqrantlarla bağlı yeni qərar açıqlanıb. Belə ki, bu ölkədə işləyən xarici vətəndaşlar yalnız ən azı altı ay sığorta təcrübəsi olduqda ödənişli xəstəlik məzuniyyəti hüququna malik olacaqlar. Bu təklif Dövlət Dumasına təqdim ediləcək qanun layihəsində əksini tapıb.
Dövlət Dumasının əmək, sosial siyasət və veteranların işləri üzrə komitəsinin rəhbəri Yaroslav Nilov mətbuata bildirib ki, Rusiya ərazisində yaşayan əcnəbi vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər, sığorta hadisəsinin baş verdiyi aydan ən azı altı ay əvvəl işəgötürənlər tərəfindən onlar üçün sığorta haqları ödənilməsi şərti ilə müvəqqəti əlillik müavinətləri almaq hüququna malikdirlər.
“Mövcud qanuna görə Rusiyada işləyən bütün əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bizim Sosial Fondumuzda sığortalanmalıdırlar. Ancaq müvəqqəti yaşayış icazəsi olanlar, eləcə də Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvü olan ölkələrin vətəndaşları Rusiya vətəndaşları ilə eyni şərtlərlə sosial sığortaya malikdirlər. Bu da Sosial Fondun büdcəsi üçün əlavə xərcdir. Bizim qanun layihəmiz onların optimallaşdırılmasına yönəlib”.

Mətləb

Seçilən
5
baki-xeber.com

1Mənbələr