AZ

Bursada park edilmiş avtomobil güllələnib - Türkiyədə

Bursansanın (Türkiyə) Nilüfer rayonunda dayanmış avtomobil naməlum şəxs və ya şəxslər tərəfindən atəşə tutulub.

İki sahil” DHA-ya istinadla xəbər verir ki, hadisə yerli vaxtla saat 03:30 radələrində baş verib.

Naməlum şəxs və ya şəxslər yolun kənarında dayanmış 16 BBV 577 dövlət nömrə nişanlı avtomobilə tapançadan atəş açıblar. Şübhəlilər hadisə yerindən qaçarkən güllə səslərini eşidən şəxslərin hadisə barədə məlumat verməsindən sonra polis qrupları ünvana gəlib.

Komandalar avtomobilə 4 güllə dəydiyini müəyyən ediblər. Polis qrupları şübhəlilərin tutulması üçün işlərə başlayıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
3
ikisahil.az

1Mənbələr