AZ

Bu ölkədə 57 əsgər əsir götürüldü

ain.az, Unikal.az saytına istinadən bildirir.

Kolumbiyalı üsyançılar 57 hərbçini əsir götürüb.

"Unikal" xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi "X" sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

Mövcud məlumata görə, Kolumbiyanın cənub-qərbindəki Kauka departamentinin Argeliya bələdiyyəsində Karlos Patinyo qrupunun üzvləri tərəfindən 4 zabit və 53 əsgər əsir götürülüb.

Müdafiə Nazirliyi əsgərlərin oğurlanmasını qəti şəkildə pisləyib və bunu cinayət və dövlətə qarşı təhqir kimi qiymətləndirib. Kolumbiya ordusu adam oğurluğu bölgəsində yerləşdirilib və əsgərləri azad etmək və yerli əhalini qorumaq üçün tədbirlər görür. 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
1
unikal.az

4Mənbələr