AZ

ACIPE sədri: Kredit büroları maliyyə sektorunun inkişafı baxımından əhəmiyyət kəsb edir

"Ümidvaram ki, sabah hamımız birlikdə kredit məlumatlarının mübadiləsi və qarşılıqlı anlaşma ilə bağlı memoranduma imza atacağıq".

Teleqraf xəbər verir ki, bu barədə ACIPE İdarə Heyətinin sədri, Qazaxıstanın First Credit Bureau (FCBK) rəhbəri Ruslan Omarov Bakıda keçirilən I Beynəlxalq Kredit Hesabatlılığı Konfransının açılış günündə bildirib:

Kredit büroları maliyyə sektorunun inkişafı baxımından əhəmiyyət kəsb edən mühüm məlumatları öz bazalarında cəmləşdirirlər. Bu proses bizə – yəni kredit büroları və maliyyə institutlarına – qarşılıqlı etimada əsaslanan bir mühitin formalaşmasına imkan verir ki, bu da məlumatların maliyyə təşkilatları arasında sərbəst və təhlükəsiz şəkildə paylaşılmasını təmin edir.

Daha əvvəl də vurğulandığı kimi, kredit məlumatları həm maliyyə şəffaflığının, həm də maliyyə inklüzivliyinin əsasını təşkil edir. Biz bu məlumatların daim yenilənməsinin nə qədər vacib olduğunu anlamalıyıq və eyni zamanda, bu məlumatların yayılmasının qarşısını almaq – xüsusilə də kredit məlumat bazarının iştirakçısı olmayan subyektlərə ötürülməsinin qarşısını – məsuliyyətlə təmin etməliyik".

Seçilən
19
teleqraf.com

1Mənbələr