AZ

Tehran Trampın bu sözlərini təkzib etdi

ABŞ-nin İranın nüvə obyektlərinə zərbələri səmərəsiz olub.

"Unikal" xəbər verir ki, bunu  İran İslam Respublikasının mərkəzi qərargahının sözçüsü Xatəm əl-Ənbiya yerli KİV-ə açıqlamasında deyib. 

Onun sözlərinə görə, Vaşinqtonun hərəkətləri “ölməkdə olan” İsraili dirçəltmək üçün lazım idi, lakin onlar öz bəhrəsini vermədi. Sözçü qeyd edib ki , digər məsələlərlə yanaşı, ABŞ-nin hücumu İran Silahlı Qüvvələrinin "qanuni hədəfləri"nin siyahısını genişləndirib və münaqişənin bütün Yaxın Şərqə yayılması üçün zəmin yaradıb.

İyunun 22-nə keçən gecə Amerika lideri Donald Tramp ABŞ Hərbi Hava Qüvvələrinin İranın üç nüvə obyektinə hücum etdiyini açıqlayıb. Əsas hədəf uranın zənginləşdirilməsi zavodu olan Fordo olub. 

Qeyd edək ki, hadisələr fonunda ABŞ lideri "İranın bütün nüvə obyektlərinin" məhv edildiyini açıqlamışdı. 

Gülayə Mecid 

Seçilən
0
unikal.az

1Mənbələr