AZ

Sosial yardım nə qədər artacaq?

Bakı. Trend:

Milli Məclis “Yaşayış minimumu haqqında” Qanunu qəbul etdi. Yenidəyişikliklərə əsasən, tibb və təhsil müəssisələri ilə yanaşı,sosial sahəyə aid müəssisələrdə şəxslər üçün də yeni qida normalarıtəsdiq ediləcək.

Trend xəbərverir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye vəsahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkəhesabındakı paylaşımında yazıb.

O bildirib ki, mövcud qanunvericilikdə sosial sahəyə aidmüəssisələr üçün normaların təsdiqi nəzərdə tutulmur və bu dainstitusional olaraq onların bu imkandan tam faydalanmasına imkanvermirdi.

“Yeni dəyişikliklər bu boşluğu aradan qaldıracaq. Eyni zamanda,gözlənilir ki, sonuncu dəfə 11 il öncə təsdiq edilən minimumistehlak səbətinin yeni tərkibi bu il müəyyənləşərək təsdiqolunacaq. Minimum istehlak səbətinin yeni tərkibininmüəyyənləşdirilməsi son təsdiqdən ötən dövrdə yaranan xərclərin dənəzərə alınmasına imkan verəcək.

İstehlak səbətinin yeni tərkibinin müəyyənləşməsi hazırda dəyəri285 manat olan yaşayış minimumunun növbəti dövrlərdə də artırılmasıüçün imkanlar yaradacaq. Nəticədə, ehtiyac meyarının artırılmasısosial yardım məbləğinin də yüksəlməsinə imkan verəcək. Çünki omeyar nə qədər çox artırsa, dövlət büdcəsindən sosial yardıma oqədər çox vəsait ayrılır. Bu isə xüsusən sosial dəstəyə daha çoxehtiyacı olan vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsibaxımından vacibdir”, - deyə millət vəkili qeyd edib.

Seçilən
2
49
az.trend.az

10Mənbələr