AZ

Klublararası dünya çempionatında rasizm qalmaqalı

BAKI. 23 iyun. TELEQRAF

Klublararası dünya çempionatında İspaniyanın "Real Madrid" və Meksikanın "Paçuka" komandaları arasındakı II tur matçı qalmaqalla yekunlaşıb.

Teleqraf xəbər verir ki, "kral klubu"nun müdafiəçisi Antonio Rüdiger rəqib komandanın kapitanı Qustavo Kabralı rasizmdə ittiham edib.

Aprelin sonlarında "Barselona"ya qarşı İspaniya Kubokunun final matçında qırmızı vərəqə aldıqdan iki ay sonra 78-ci dəqiqədə meydana çıxan almaniyalı oyunçu epizodların birində Kabralla mübahisə edib.

Onların qarşıdurması final fitindən sonra tribunanın altında da davam edib.

Rüdiger bildirib ki, Kabral irqçi ifadələrdən istifadə edib. Öz növbəsində argentinalı müdafiəçi bu ittihamı rədd edərək, almaniyalı rəqibini qorxaq adlandırdığını söyləyib.

"Real Madrid" isə FIFA-ya şikayət edib. Ali futbol qurumu araşdırmalara başlayıb.

Qeyd edək ki, görüş İspaniya komandasının qələbəsi ilə yekunlaşıb - 3:1.

Seçilən
5
teleqraf.com

1Mənbələr