AZ

Tramp İrana zərbə endirilməsi qərarını qolf oynayarkən təsdiqləyib

ABŞ prezidenti Donald Tramp iyunun 21-də Nyu Cersi ştatının Bedminster qolf klubunda olarkən İranın nüvə obyektlərinə zərbələr endirmək üçün yekun icazə verib.

Herbiand.az bildirir ki, bu barədə Axios məlumatlı mənbələrə istinadən xəbər verir.

Tramp əməliyyatın mümkün ləğvi ilə bağlı ictimai bəyanatlara baxmayaraq, iyunun 20-də müdafiə naziri Pit Heqsetə tapşırıq verib. Belə ki, ABŞ prezidenti Pentaqon rəhbərinə Missuri ştatının Uaytmen Hərbi Hava Qüvvələri bazasından B-2 Spirit strateji bombardmançılarını göndərməyi əmr edib.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
6
herbiand.az

1Mənbələr