Rusiyanın Federal Təhlükəsizlik Xidməti “Alrosa” şirkətinin istehsalı olan yüksək əyarlı almazları qarət edərək, Ermənistanın hakimiyyətyönümlü deputatı Xaçatur Sukiasyanın şirkətinə satan dəstə üzvlərini həbs edib.
APA RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsi məlumat yayıb.
Qurumun mətbuat xidmətindən bildirilib ki, qarət olunan qiymətli metallar erməni deputatın “ADM Daymonde” şirkətinə satılıb.
Məlumatda, həmçinin, Cinayətin törədilməsində həmçinin beynəlxalq axtarışda olan A. A. Baqikyan və A. A. Baqikyan qardaşlarının da iştirak etdiyi açıqlanıb.