AZ

Paşinyanın Zəngəzur yalanı: İrəvan bu dəfə "dəhliz" sancısı çəkir

Bakı. Trend:

Türkiyə ilə Ermənistan arasında münasibətlər onilliklər ərzindədondurulmuş vəziyyətdə qalıb. Ermənistanın 1991-ci ildə müstəqillikqazanmasından sonra rəsmi Ankara diplomatik əlaqələr qurmaqdanimtina etdi. Ankara bu addımı atmaq üçün iki əsas şərt irəli sürdü:birincisi, Ermənistanın ərazi iddialarından imtinası (1995-ci ilErmənistan Konstitusiyasında “Qərbi Ermənistan” ifadəsi - hazırdaTürkiyəyə aid ərazilər - açıq şəkildə yer alır), ikincisi isəAzərbaycanın Qarabağ üzərində suverenliyinin tanınması.

Əlavə gərginlik isə erməni lobbi dairələrinin 1915-ci ilhadisələrinin guya yudurma “erməni soyqırımı” kimi tanınmasına dairapardığı kampaniyalardan qaynaqlanır. Türkiyə bu iddianı qətiyyətlərədd edir və onu siyasi təzyiq aləti hesab edir. 2009-cu ildəprezident Abdullah Gül və prezident Serj Sarqsyan dövründə “Sürixprotokolları” çərçivəsində münasibətlərin normallaşdırılmasınaedilən cəhd uğursuzluğa düçar oldu. Ermənistan daxili radikalqüvvələrin təzyiqi ilə sənədləri ratifikasiya etmədi. Türkiyə isəprosesi Qarabağ üzrə irəliləyişlə şərtləndirdi.

44 günlük İkinci Qarabağ Müharibəsindən sonra Rusiyavasitəçiliyi ilə imzalanan üçtərəfli bəyanat əslində Ermənistanüçün kapitulyasiya aktı idi. Xüsusilə bu sənədin 9-cu bəndiErmənistanı açıq şəkildə öhdəlik altına salır: “Azərbaycanın qərbrayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyatəlaqəsinin təhlükəsizliyinə zəmanət verilməlidir ki, bu davətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər ikiistiqamətdə maneəsiz hərəkətini təmin etsin”.

Əsas məqam isə budur: bu nəqliyyat dəhlizinə nəzarət Rusiyasərhəd xidmətinin öhdəsindədir və onların Ermənistanın Sünik(Zəngəzur) bölgəsində yerləşdirilməsi nəzərdə tutulur. Bu, sadəcə“tövsiyə” deyil, Ermənistanın baş naziri Nikol Paşinyanınimzaladığı rəsmi sənəddə qeyd olunan öhdəlikdir.

2020-ci ildən bəri artıq 3,5 ildən çox vaxt keçib, lakinErmənistan dəhlizin açılması istiqamətində heç bir real addımatmayıb. Əksinə, rəsmi İrəvan “dəhliz” anlayışından israrla imtinaedir və onu “Ermənistanın suveren yolu” və ya son zamanlarsəsləndirdikləri “Sülh çarpaz yolu” kimi qeyri-müəyyən anlayışlarlaəvəzləməyə çalışır.

Zəngəzur dəhlizi - konkret coğrafiyaya (Ermənistanın cənubu,Mehri bölgəsi) malik, hüquqi statusu olan, beynəlxalq təhlükəsizliktəminatları və Rusiya sərhədçilərinin iştirakı ilə tənzimlənənnəqliyyat arteriyasıdır. Bu, dövlətlərarası razılaşmaya daxiledilmiş, icrası məcburi olan bir layihədir.

Bunun əksinə olaraq, “Sülh yolayrıcı” İrəvanıntəşəbbüsüdür, heçbir beynəlxalq sənəddə təsbit olunmayıb. Bu konsepsiya “bütünistiqamətlərin qarşılıqlı açılması və heç bir eksklüziv marşrutunolmaması” ideyasına əsaslanır.

Fərq konseptual xarakter daşıyır. Belə ki, Zəngəzur dəhlizikağız üzərində təsbit olunmuş öhdəlikdirsə, “Sülh yolayrıcı” sadəcətəklifdir, müzakirə oluna bilər, lakin mövcud razılaşmaları əvəzetmir.

Üstəlik, Ermənistanın təklif etdiyi sxemdə beynəlxalq nəzarətyoxdur: nə Rusiya, nə də digər oyunçular bu təşəbbüsə daxil deyil.Halbuki Zəngəzur dəhlizində Rusiya, Azərbaycan və potensial olaraqTürkiyə və digər tranzit aktorlar iştirak edir.

Nikol Paşinyanın Türkiyəyə səfəri formal olaraq beynəlxalqtədbirdə iştirak məqsədi daşıyırdı. Amma Ermənistan tərəfindənverilmiş bəyanatlara diqqətlə baxanda aydın olur ki, məqsədəvvəldən razılaşdırılmış addımları irəli aparmaq yox, İrəvana sərfedən, amma hüquqi əsası olmayan yeni çərçivəni təklif etməkolub.

Diqqətçəkicidir ki, Paşinyan nə 2020-ci il razılaşmasını, nə dəonun 9-cu bəndini dilə gətirdi. “Blokdan çıxarma” ifadəsiniistifadə etsə də, bu, yalnız “bərabərlik” və “beynəlxalqnəzarətsizlik” anlayışları çərçivəsində təqdim edildi. Əslində bu,mövcud öhdəlikləri yenidən gözdən keçirmək və dəyişdirməkcəhdidir.

Bu yanaşma Bakı və Ankarada haqlı şübhələr doğurur.

2020-ci ilin noyabrın 10-da Azərbaycan, Rusiya Federasiyası vəErmənistan arasındla imzalanmış üçtərəfli bəyanatın müddəalarınıyada salaq.

1-ci bənd Atəşkəs və hərbi əməliyyatların tam dayandırılmasınınəzərdə tuturdu. Bənd İrəvan tərəfindən formal olaraq yerinəyetirilib, atəşkəs qüvvədədir.

2-ci bənddə Rusiya sülhməramlılarının yerləşdirilməsindən bəhsolunurdu. Yerinə yetirilib; sülhməramlılar 2023-cü ilin sentyabrınaqədər Qarabağda yerləşib.

4-cü bənd Kəlbəcər, Ağdam və Laçın rayonlarının azad edilməsiniehtiva edirdi. Gecikmələrlə də olsa, yerinə yetirilib.

9-cu bənd Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında,Rusiya FTX-nın Sərhəd Xidmətinin nəzarəti altında nəqliyyatəlaqəsinin təmin olunmasınə nəzərdə tuturdu. Yerinə yetirilməyib,çünki Ermənistan “dəhliz” terminini qəbul etməyib, marşrut təqdimetməyib, keçid və təhlükəsizlik təmin olunmayıb. Rusiya bu sahədəmandat almayıb.

Regional kommunikasiyaların açılması ilə bağlı öhdəliklərəgəldikdə isə, onlar yalnız bəyanatlar və müzakirələr səviyyəsindəqismən həyata keçirilib. Praktikada tranzit bloklanıb, siyasiriyakarlıq və qeyri-müəyyən ritorika davam edir.

Başqa sözlə, Bakı və Ankara üçün strateji əhəmiyyət daşıyan əsasməsələ - Zəngəzur dəhlizi - Ermənistan tərəfindən bütün hüquqi vədiplomatik öhdəliklərə baxmayaraq, bu günədək bloklanmış qalır.Vəziyyət Rusiya tərəfindən də etiraf olunub: 2024-cü ildə RusiyaXarici İşlər Nazirliyi rəsmi olaraq bəyan etdi ki, Moskva 9-cubəndin FTX-nin iştirakı ilə icrasını dəstəkləyir, lakin “Ermənistantərəfindən konstruktiv mövqe gözləyir”.

Azərbaycan və Türkiyə birgə koordinasiya olunmuş diplomatikmövqe formalaşdırıb və burada simvolik təkliflərə yer yoxdur.

Əgər dəhliz yoxdursa - tranzit arxitekturası da yoxdur, sülhprosesinə etimad da yoxdur. Azərbaycan imkan verməz ki, stratejirazılaşmalar mənasız ritorikaya çevrilsin.

Türkiyə isə aydın şəkildə edib ki, Ermənistanla yaxınlaşmayalnız Bakı ilə aparılan danışıqlarda real irəliləyiş olduqdamümkündür. Məhz buna görə də Paşinyanın Türkiyəyə səfəri Ankarada“səmimiyyət testi” kimi qəbul olunub, yoxsa “diplomatik jest” kimideyil.

Nikol Paşinyanın Türkiyəyə səfəri, əslində, məzmunsuz diplomatikjestlərin daha bir nümunəsinə çevrildi. Bir tərəfdə diqqətləsəhnələşdirilmiş görüntülər - Atatürk Anıtına çiçək qoyulması,Süleymaniyyə məscidinin ziyarəti, türk rəsmiləri ilə salamlaşmalarvə söhbətlər...

Digər tərəfdə isə konkret siyasi qərarların və ya hüquqiöhdəliklərin tam yoxluğu. Bu cür vizual və simvolik elementlərlədolu “diplomatik xoreoqrafiya” guya yumşalma görüntüsü yaratmağaxidmət edir, əslində isə məzmunun forma ilə əvəz olunması cəhdidir.Problem isə ondadır ki, artıq nə Türkiyə, nə də Azərbaycan bu cür“boş mərasimləri” irəliləyiş sübutu kimi qəbul etmir.

2024-cü ildə Türkiyə Ermənistanla münasibətlərin normallaşmasıüzrə ikitərəfli komissiyanın fəaliyyətini dayandırdı. Formal səbəb- İrəvandan “real addımlar” gözlənilməsi idi. Gerçək səbəb isəErmənistanın 2020-ci il üçtərəfli razılaşmasında nəzərdə tutulannəqliyyat layihəsini sabotaj etməsi idi.

Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına görə, 2025-ci ilinəvvəlindən bəri Zəngəzur üzərindən nəqliyyat marşrutlarınınbərpasına dair təqdim olunmuş təkliflərin heç birinə İrəvandancavab gəlməyib. Türkiyənin XİN başçısı Hakan Fidan açıq şəkildədeyib: “Türkiyə Ermənistandan rituallar yox, hüquqi öhdəliklərgözləyir. Simvollar dəhlizləri əvəz edə bilməz, fotolar dəmiryollarını qurmaz.”

Zəngəzur dəhlizi - bu, imzalanmış sənəddir. Ermənistanın busənəddən geri çəkilməsi sülh prosesinə qarşı açıq sabotajdır.

Artıq nə Ankara, nə də Bakı imitasiya ilə barışmaq niyyətindədeyil. Gerçək proseslər İrəvanda onların illüziyası ilə əvəzlənir.Ermənistanın irəli sürdüyü “Sülh çarpaz yolu” konsepsiyası isə nəhüquqi baza, nə də beynəlxalq dəstəyə malikdir. Bu isə onu, sadəcə,retorik manevr halına gətirir.

Zəngəzur dəhlizi ilə “Sülh yolayrıcı” layihələrinin müqayisəsideklarativ bəyanatlar deyil, faktların əsasında aparıldıqda onlarıntamamilə əks istiqamətli siyasi-funksional xarakter daşıdığı üzəçıxır.

Zəngəzur dəhlizi - 10 noyabr 2020-ci il tarixli üçtərəflibəyanatla hüquqi cəhətdən təsbit olunmuş öhdəlikdir. Onun icrasıRusiya, Azərbaycan və Ermənistanın məsuliyyət dairəsinə daxildir.Gələcəkdə bu dəhliz Türkiyə və İranı da əhatə edə bilər. 2025-ciilə olan vəziyyətə görə, Azərbaycan öz ərazisindəki hissənitamamilə başa çatdırıb: Ordu-Bədli və Ağbənd arasında tunellərtikilib, yol infrastrukturunun əsas hissələri hazırdır.

“Sülh yolayrıcı” isə Ermənistanın birtərəfli təşəbbüsüdür və bugünə qədər heç bir beynəlxalq razılaşmada əks olunmayıb. Layihəninnə hüquqi statusu, nə də real infrastruktur bazası mövcuddur.Regional müzakirələr də aparılmır. Bu ideya qeyri-müəyyənfərziyyəyə əsaslanır: guya Ermənistan mövcud razılaşmalara daxilolmadan regional tranzit mərkəzinə çevrilə bilər. Lakin bu, realbazar qanunları ilə ziddiyyət təşkil edir.

Dəhlizlər arasında rəqabət çox sərtdir. Ermənistan marşrutsuzxəritə, icrasız ümid təklif edir. Bu - məğlubiyyət formuludur.

Ermənistanın 2020-ci il üçtərəfli bəyanatının icrasından imtinaetməsi, Naxçıvanla Azərbaycanın qərb bölgələri arasında marşrutunaçılmasını sabotaj etməsi və Bakı ilə sülh müqaviləsiniimzalamaması nəticə etibarilə ölkəni strukturlaşdırılmış təcridəaparır. Artıq 2025-ci ilin əvvəlindən etibarən Qazaxıstan vəÖzbəkistan “Orta dəhliz” təşəbbüsü çərçivəsində Ermənistanıprioritet istiqamətlərdən çıxarıb.

Asiya İnkişaf Bankının məlumatına görə, 2025-ci ilin birincirübündə Ermənistana yönələn birbaşa xarici investisiyalar 2024-cüilin eyni dövrü ilə müqayisədə 18,6 faiz azalıb. Səbəblər arasındaaydın nəqliyyat əlaqələrinin olmaması və yeni münaqişə riskləri önplana çıxır.

Paris və Brüssel, İrəvanı dəstəkləyən ritorikaya baxmayaraq, butəcridi əvəz edə bilmir. 2025-ci ilin mayında "Business France"tərəfindən yayımlanan hesabata əsasən, Fransanın Ermənistandakıinvestisiyalarının həcmi 30 milyon avronu keçmir və əsasənpərakəndə ticarət sektoruna yönəlib. Bu isə infrastrukturlayihələrinin başlaması üçün yetərli deyil.

Ermənistan imitasiya olunan “irəliləyişin” əslində yükəçevrildiyi həddə yaxınlaşır. Qarşıda dörd ssenari var:

1. Təzyiqin gücləndirilməsi. Azərbaycan vəTürkiyə artıq diplomatik ritorikalarını sinxronlaşdırıb və yeniaddımlara hazırlaşırlar. 2025-ci ilin iyununda Azərbaycanın Xariciİşlər Nazirliyi Zəngəzur marşrutunun bloklanmasının davam etməsihalında “qarşılıqlı tədbirlər” görmək niyyətini açıqladı. BunlaraErmənistan məhsullarının Azərbaycan bazarına çıxışınaməhdudiyyətlər, diplomatik demarşlar və sabotaj faktlarınınbeynəlxalq miqyasda sənədləşdirilməsi kampaniyası daxildir.

2. Regional təcrid. Ermənistan Şərq–Qərb vəŞimal–Cənub marşrutlarına inteqrasiya fürsətini itirir. Bunəqliyyat arteriyaları artıq onun ətrafından keçir: İran,Azərbaycan və Gürcüstan üzərindən. 2025-ci ilin iyulundan etibarənBakı ilə Tehran arasında Astara–Rəşt dəmir yolu üzrə yükdaşımalarüçün güzəştli tarif rejimi qüvvəyə minəcək - bu, Ermənistanı tamkənarda qoyur.

3. Şərtli yaxınlaşma. Bu variant yalnızaşağıdakı hallarda mümkündür: Azərbaycanla sülh müqaviləsininimzalanması; Zəngəzur dəhlizinin hüquqi sənədin bir hissəsi kimitanınması; Türkiyəyə qarşı ərazi iddialarından imtina. Həmçinin buyaxınlaşmanın formatı hüquqi əsasda təsbit olunmalı, PR aksiyasıformasında təqdim olunmamalıdır.

4. 2020-ci il razılaşmasından rəsmi imtina. Bussenari son dərəcə təhlükəlidir. O, Ermənistanın rəsmi şəkildə sülhprosesindən çıxması və beynəlxalq təcridin daha da dərinləşməsianlamına gələrdi. Bu addım Azərbaycan üçün təhlükəsizlik və tranzitstrategiyasını yenidən nəzərdən keçirmək, o cümlədən sərt cavabtədbirləri tətbiq etmək üçün əsas yaradardı.

... Zəngəzur dəhlizi - hüquqi sənədə əsaslanan,real infrastrukturla müşayiət olunan regional layihədir. “Sülhyolayrıcı” isə heç bir razılaşma ilə təsdiqlənməyən, konkretmarşrutsuz və dəstəyin olmadığı abstrakt təşəbbüsdür. Ermənistanınimitasiya siyasəti təkcə regiondakı təcridini dərinləşdirmir, həmdə geoiqtisadi şanslarını birdəfəlik itirməklə nəticələnəbilər.

Regional geosiyasət artıq çoxdan romantizm mərhələsindən çıxıb.Bu gün o, niyyətlərlə deyil, nəticələrlə; jestlərlə deyil,müqavilələrlə; ritorikayla deyil, yatırılan kapital, tikilmişmagistrallar və işlək razılaşmalarla ölçülür. Bu yeni reallıqfonunda Ermənistanın baş naziri Nikol Paşinyanın Türkiyəyə səfəri,Süleymaniyyə məscidinin fonunda çəkilən görüntüləri, “Sülhyolayrıcı” barədə bəyanatları və “sivilizasiya seçimi” ilə bağlıritorikası, əslində, infrastrukturun - atmosferlə, marşrutların isə- metaforalarla əvəzlənməsi cəhdindən başqa bir şey deyil.

Di gəl, dövlətlər poetika ilə idarə olunmur. Onlar maraqların vəriyazi hesablamaların məntiqi ilə inkişaf edir. Rəqəmlər isə belədeyir: Dünya Bankının məlumatına əsasən, 2021–2024-cü illərdəErmənistana yönələn illik birbaşa xarici investisiyaların həcmiorta hesabla 450–480 milyon dollar təşkil etdiyi halda, Azərbaycanabu göstərici 4,5 milyard dolları keçib. Bunun səbəbi təkcəresurslarda deyil, həm də proqnozlaşdırıla bilən siyasidavranışdadır. Bakı hüquqi, siyasi və institusional təminatlartəqdim edir. İrəvan isə - vaxtı, məsuliyyəti və marşrutu olmayanvədlər.

Ermənistan “humanitar logistika” və “sivilizasiyalararasıvasitəçilik” kimi konsepsiyalarla məşğul olduğu halda, AzərbaycanHoradiz–Ağbənd dəmir yolunun tikintisini başa çatdırır və onuölkənin əsas dəmir yolu şəbəkəsi ilə Zəngəzur dəhlizi vasitəsiləbirləşdirir. Azərbaycan Dəmir Yollarının 2025-ci ilin mayına dairrəsmi məlumatına görə, layihənin artıq 80 faizindən çoxutamamlanıb. Paralel olaraq Türkiyə də konkret yükdaşımalar üçünKars və Iğdırda logistik mərkəzləri gücləndirir - diplomatlarınhazırladığı konseptlərə görə deyil, real iqtisadi ehtiyaclara görə.2025-ci ilin aprelində Türkiyə və Azərbaycan Naxçıvan–Iğdır–Karsistiqamətində yükdaşımaları tənzimləyən əlavə protokol imzalayıb vəbu marşrut artıq “Orta Dəhliz”ə inteqrasiya olunub.

Ermənistan isə saysız-hesabsız beynəlxalq forumlara baxmayaraq,indiyədək Şərqdən Qərbə yük axınının təminatını verə biləcək heçbir işlək tranzit ssenarisi təqdim etməyib. “Ermənistan ərazisininalternativ dəhliz kimi təqdim olunması” ideyası hələ də yalnızBrüssel və Strasburqda PowerPoint təqdimatları səviyyəsində qalır.Halbuki investorlar slayd deyil, marşrut istəyir. HəttaErmənistanın öz tərəfdaşları - Fransa, Almaniya və Aİ - İrəvanın buqeyri-müəyyənliyinə görə infrastruktur layihələrinə investisiyaqoymaqdan çəkinir: sənədi imzalamaq, yoxsa imtina etmək? Sərhədləriqəbul etmək, yoxsa təxirə salmaq? Dəhliz olmaq, yoxsa simvol?

2025-ci ilin martında İran Ermənistanın “dəhliz məsələlərindəziddiyyətli və qeyri-müəyyən davranmasından” narahat olduğunu açıqşəkildə bildirdi. İranın xarici işlər naziri Hüseyn ƏmirAbdullahiyanın sözləri ilə desək: “Region aydınlıq tələb edir. Bizqeyri-müəyyənliyə sərmayə qoymuruq.” Eyni mövqe Gürcüstandan dasəsləndi: 2025-ci ilin aprelində Tbilisidə bəyan edildi ki, “yalnızreal nəqliyyat layihələri dəstəklənir, siyasi fantaziyalaryox.”

Buna əlavə olaraq, “Bir kəmər - bir yol” təşəbbüsünü irəli sürənÇin də Ermənistanı marşrut sxemindən çıxarıb. 2025-ci ilin mayındaŞƏT-in logistika mərkəzinin hesabatında prioritet kimi yalnızZəngəzur dəhlizi və Bakı–Tbilisi–Qars dəmir yolu qeyd olunub. Həttaəvvəllər Ermənistan üzərindən tranzit fikrini nəzərdən keçirənHindistan belə indi diqqətini İran üzərindən keçən INSTC marşrutunavə İran–Azərbaycan əlaqələrinə yönəldib.

Ermənistan özü özünü təcrid edib. Ona görə ki, o, özü özünüdanışıqlar masasından kənarlaşdırıb: geosiyasəti piarkampaniyasına, infrastruktur təşəbbüslərini simpoziumlara, stratejisənədləri isə tvitlərə çevirməklə. Regionda zəmanətlər müzakirəolunarkən, İrəvanda simvollar müzakirə olunur.

Süleymaniyyə məscidi turistləri heyran edə bilər. Amma yükdaşıyan operatorları yox. Beynəlxalq münasibətlər sənət qalereyasıdeyil: burada “ovsunlamaq” deyil, işləmək lazımdır. Əgər Ermənistanreallığa - sənədlərlə, xəritələrlə, hüquqi öhdəliklərlə -qayıtmasa, onda o, gözəl, lakin faydasız bir eksponata çevriləcək:“reallaşmamış imkanlar muzeyi”ndə.

Azərbaycan coğrafiyanı geosiyasətə çevirərkən, Ermənistandiplomatiyanı teatra çevirir. Amma tamaşa artıq başa çatıb. İndiyeni Cənubi Qafqazda rolların bölüşdürülməsi gedir - fasiləsiz vəgecikənlər üçün bilet yoxdur.

Seçilən
2
2
az.trend.az

3Mənbələr