"Unicapital İnvestisiya Şirkəti"müştəriləri olan treyderlərin qazanclarının cəmi məbləğini açqıalyıb.
Şirkətdən Marja.az-a verilən məlumata görə, şirkətə məxsus UForex platformasından istifadə edənlərin ötən il xalis gəliri 2,2 milyon dollardan çox olub.
"Bu göstərici treyderlərin tətbiq etdiyi uğurlu strategiyalarla yanaşı, bütün funksionalı vahid platformaya toplayan və bununla da istifadəçi təcrübəsini əhəmiyyətli dərəcədə rahatlaşdıran "Şəxsi Kabinet"on yaradılması ilə birbaşa əlaqəlidir", - məlumatda bildirilir.
Qeyd edilib ki, 2025-ci ilin ilk aylarından etibarən bu uğurun davam etdiyini görmək mümkündür. Əməliyyat sayı və həcmi ötən ilin eyni dövrü ilə müqayisədə nəzərəçarpacaq dərəcədə artıb. Belə ki, ilk beş ayın göstəricilərinə əsasən, əməliyyat sayı 40%-dən çox, əməliyyat həcmi isə 80%-ə yaxın yüksəlib.
“Əldə olunan nəticələr göstərir ki, müştəri yönümlü yanaşmamız və ötən il atdığımız strateji addımlar öz bəhrəsini verib. Bu inkişafın müştərilərimizin ticarətinə müsbət təsir etməsi bizim üçün xüsusi əhəmiyyət kəsb edir”, – deyə Unicapital İnvestisiya Şirkətinin direktoru Elmira Qəribova bildirib.
Xatırladaq ki, "UForex" “Unicapital İnvestisiya Şirkəti”nin təqdim etdiyi xidmətlərdən biridir. Şirkət müştərilərinə real vaxt rejimində “MT4” platforması üzərindən qızıl, gümüş, neft, valyuta cütlükləri kimi alətlərlə qlobal bazarlarda ticarət edib qazanc əldə etmək imkanı təqdim edir.