Gəncə şəhərində avtomobil işıqfora çırpılıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə şəhərin N.Nərimanov prospekti ilə Bəxtiyar Əliyev küçəsinin kəsişməsində qeydə alınıb.
Qəza zamanı avtomobilə ciddi ziyan dəyib, işıqfor isə tamamilə yararsız vəziyyətə düşüb.
Qəza səbəbindən həmin yolda nəqliyyatın hərəkəti çətinləşib.