AZ

"Roma" islandiyalı yarımmüdafiəçini transfer siyahısına salıb

İtaliyanın "Roma" klubu "Lill"in (Fransa) yarımmüdafiəçisi Arnar Haraldssonu transfer etmək istəyir.

"Report" "Leggo"ya istinadən xəbər verir ki, 22 yaşlı islandiyalı futbolçu paytaxt klubunun transfer siyahısına salınıb.

A.Haraldsson 2024/2025 mövsümündə "Lill"in heyətində bütün yarışlarda meydana çıxdığı 38 matçda 8 qola və 4 məhsuldar ötürməyə imza atıb.

Qeyd edək ki, onun Fransa klubu ilə müqaviləsinin müddəti 2028-ci ilə qədərdir. "Transfermarkt" futbolçunun dəyərini 18 milyon avro qiymətləndirir.

Seçilən
5
report.az

1Mənbələr