AZ

Aİ-nin XİN başçıları Brüsseldə toplanır, Gürcüstanla bağlı müzakirə aparılacaq

TBİLİSİ, 23 iyun. TELEQRAF

Bu gün Brüsseldə Avropa İttifaqına (Aİ) üzv ölkələrin xarici işlər nazirlərinin Şurasının toplantısı keçiriləcək.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallasın sədrliyi ilə keçiriləcək iclasın gündəliyində Gürcüstanla bağlı məsələ də yer alıb.

Litva Gürcüstanla bağlı altı bənddən ibarət təşəbbüs təqdim edəcək. Bu ölkənin xarici işlər naziri Kyastutis Budris bildirib ki, siyahıda Gürcüstanın vətəndaş cəmiyyətinə əlavə dəstəyin göstərilməsi və vizasız rejimə yenidən baxılması məsələləri yer alıb.

Qeyd edək ki, Gürcüstan və Aİ arasında vizasız gediş-gəliş rejimi 2017-ci ilin martın 28-dən tətbiq olunur. Bu ilin yanvarında Aİ Gürcüstanın diplomatik pasportlarına sahib şəxsləri üçün vizasız rejimi ləğv edib. Lakin gürcü məmurların diplomatik pasportla yanaşı, adi pasportları da olduğundan bu addım daha çox rəmzi xarakter daşıyıb.

Seçilən
34
teleqraf.com

1Mənbələr