AZ

NATO-Rusiya münasibətləri – ayırıcı xətlər və düşmən axtarışı

Rusiya XİN rəhbərinin müavini Aleksandr Qruşko “İzvestiya”ya bildirib ki, NATO ölkələrinin Rusiya ilə normal münasibətlər qurmaq yolu ilə öz təhlükəsizliyini gücləndirmək istəyi görünmür.

“Onlar Ukrayna teatrında qələbənin qarşısını almaq üçün kurs keçiblər və bu kursu davam etdirirlər”, - diplomat vurğulayıb.

Onun sözlərinə görə, NATO-da baş verənlər siyasi situasiyada təcili deyil, əsaslı, fundamental dəyişiklikdir. Bu düşmənçilik kursu təkcə ritorikada deyil, həm də siyasi, strateji sənədlərdə həyata keçirilir.

“Rusiya NATO üçün əsas təhlükəyə çevrilib, çünki Brüsseldə belə qərar veriblər ki, NATO güclü düşməni olmadan mövcud ola bilməyəcək. Ümumiyyətlə, NATO-nun tarixi öz zərurətini sübut etmək tarixidir. Avropanın təhlükəsizliyi prosesi əməkdaşlıq, silahlara nəzarət və müdafiə quruculuğu sahələrində əsasında güclənməyə başlayanda məlum oldu ki, NATO-ya xüsusi ehtiyac yoxdur. Ona görə də NATO-nun genişləndirilməsi onun varlığını təsdiq etmək üçün düşünüldü. Bu proses – ayırıcı xətlər və düşmən axtarışının formalaşdırılması prosesidir”, - deyə Aleksandr Qruşko izah edib.

P.ƏMİRCANOV
XQ

Seçilən
0
1
xalqqazeti.az

2Mənbələr