AZ

İSRAİL İRANIN DÖYÜŞ TƏYYARƏLƏRİNİ VURDU: 15 qırıcı məhv edilib - Tramp dini rejimin devrilmə anonsunu verdi

İsrail-İran müharibəsinin 11-ci günü şiddətli toqquşmalarla başlayıb. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu gün səhərə yaxın İsraill qırııcları müxətlif bölgələrindəi hərbi hava limanlarını bombardman edib.

Məlumata gərə, nəticədə ümumilikdə İranın 15 döyüş təyyarəsi və 1 helikopteri məhv edilib.

lsrail ordusu faktı təsdiqləyib. Bildirilib ki, İran rejiminə məxsus F-14, F-5 və AH-1 tipli ümumilikdə 11 döyüş təyyarəsi yararsız hala salınıb.

İran isə buna cavab olaraq, İsrailə 10-dan çox raket buraxıb. İlkin məlumata görə, onların hamısı havada zərərsizləşdirilib.

Bu arada isə indiyə qədər "biz İranda iqtidarı dəyişilməsinə can atmırıq" deyən ABŞ prezidenti Donald Tramp maraqlı mesaj verib.

O, ölkədəki dini rejimin devrilməsinə müsbət baxdığını gizlətməyib: "Ola bilsin ki, “rejim dəyişikliyi” ifadəsini xüsusi işlətmək siyasi baxımdan düzgün olmaz, amma indiki Tehran rejimi İranı yenidən böyük edə bilmirsə, niyə dəyişməsin ki?!”.

Firudin Səfərli
MİA.AZ

Seçilən
1
2
mia.az

3Mənbələr