AZ

Xorvatiya Azərbaycana 1,2 milyon dollar investisiya yatırıb

2025-ci ilin ilk rübündə Azərbaycana Xorvatiyadan 1 milyon 263 min ABŞ dolları həcmində birbaşa xarici investisiya yönəldilib.

FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Qeyd edək ki, 2024-cü ilin müvafiq dövründə Xorvatiyadan Azərbaycan iqtisadiyyatına birbaşa investisiya qoyuluşu qeydə alınmamışdı.

Hesabat ilində Azərbaycan iqtisadiyyatına cəlb olunmuş ümumi birbaşa investisiyalarda Xorvatiyanın payı 0,1% təşkil edib.

Seçilən
1
fed.az

1Mənbələr