AZ

Fəlsəfə doktorlarının sayı azalıb

BAKI, 23 iyun. TELEQRAF

Ötən il fəlsəfə doktorlarının sayı azalıb.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumatlara əsasən, 2023-cü illə müqayisədə 2024-cü ildə fəlsəfə doktoru proqramı üzrə buraxılış 18,4 faiz azalaraq 500 nəfər, elmlər doktoru proqramı üzrə isə 10,8 faiz artaraq133 nəfər təşkil edib. Bu dövrdə fəlsəfə doktoru proqramı üzrə 758 nəfər, elmlər doktoru proqramı üzrə isə 106 nəfər doktoranturaya qəbul olub.

Bununla yanaşı, 2024-cü ildə fəlsəfə doktoru proqramı üzrə 157 dissertant təhkim olunmuşdur ki, onların da 77,1 faizini qadınlar təşkil etmişdir. Elmlər doktoru proqramı üzrə təhkim olunmuş dissertantların sayı 132 nəfəri qadın olmaqla 231 nəfərə bərabərdir. Dissertantların əsas hissəsi tibb, biologiya, tarix, fizika, iqtisad, texnika və filologiya elmləri üzrə təhkim olunub.

Doktorantların 134 nəfəri filologiya, 70 nəfəri iqtisad, 65 nəfəri texnika, 58 nəfəri biologiya, 43 nəfəri tibb, 36 nəfəri kimya, 27 nəfəri tarix, 24 nəfəri aqrar, 23 nəfəri hüquq, 18 nəfəri pedaqogika, 16 nəfəri yer elmləri, 15 nəfəri sənətşünaslıq, 13 nəfəri riyaziyyat, 36 nəfəri isə digər sahələrdə elmlər doktoru proqramı üzrə təhsil alır.

Seçilən
4
5
teleqraf.com

6Mənbələr