AZ

AKB sədri: Banklar və maliyyə təşkilatlarının kredit sorğularına tələbatı kəskin artıb

Banklar və maliyyə təşkilatları tərəfindən kredit sorğularına olan tələbat son illərdə kəskin artıb.


"APA-Economics" xəbər verir ki, bunu Azərbaycan Kredit Bürosunun rəhbəri Elçin Həbibov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, yalnız ötən il ərzində təqdim edilən kredit hesabatlarının ümumi hesabatların üçdə birini təşkil etməsi, eyni zamanda skorinq və şəxsi hesabatlar üzrə də ciddi artımın qeydə alınması bu tendensiyanı açıq şəkildə ortaya qoyur.

2018–2025-ci illər üzrə təqdim edilən kredit sorğularının həcmi ümumi 394 milyon təşkil edib. Sorğunun 185 milyonu, yəni 47 faizi təkcə 2024-cü ilin payına düşüb. Eynilə ümumi kredit hesabatlarının sayı 41,1 milyon olduğu halda, ötən il üzrə bu rəqəm 13.2 milyon təşkil edib.
O qeyd edib ki, skorinq (kredit risklərinin qiymətləndirilməsi) hesabatları üzrə də oxşar dinamika müşahidə olunur. Ümumi skorinq göstəricisi 435 min olduğu halda, 2024-cü ildə bu rəqəm 136 minə bərabər olub.
"Nəticə etibarilə demək olar ki, kreditləşmə proseslərinin intensivliyi artıb, maliyyə institutları daha çox risk analizi aparır və kredit qərarlarında daha məlumatlı yanaşma nümayiş etdirirlər. Bu həm bazarın böyüməsindən, həm də tənzimləyici tələblərin və kredit siyasətinin daha ehtiyatlı aparılmasından qaynaqlana bilər"- Elçin Həbibov əlavə edib.

Seçilən
17
apa.az

1Mənbələr