AZ

Zelenskidən üç ölkə ilə bağlı xəbərdarlıq: Bu qatillər barədə yaxşı düşünün

BAKI, 23 iyun. TELEQRAF

“Rusiya ordusu İranın “Şahid” PUA-ları və Şimali Koreya raketləri ilə Kiyevin və digər şəhərlərin mülki infrastrukturuna zərbələr endirib”.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

“Təkcə Kiyevdə 5 yaşayış binasına ziyan dəyib. Bunlar adi yaşayış binalarıdır. Hazırda 6 nəfərin öldüyü məlumdur. Kiyev vilayətinin Bila Tserkva şəhərində zərbələr nəticəsində daha bir nəfər həlak olub. Orada “Şahid” xəstəxanaya çırpılıb”, - Zelenski qeyd edib.

Prezident əlavə edib ki, hava hücumları ümumilikdə 4 şəhərdə obyektlərə ziyan vurub. Ümumilikdə, Rusiya Ukrayna ərazisinə 352 PUA və 16 raket atıb.

Zelenski vurğulayıb ki, hücumda Şimali Koreyanın ballistik raketlərindən də istifadə olunub. Pilotsuz təyyarələr və raketlərin əhəmiyyətli hissəsi Ukrayna ordusu tərəfindən vurulub.

“Rusiya, İran və Şimali Koreyaya yaxın olan ölkələrdə hər kəs yaxşı düşünməlidir ki, bu qatil koalisiyası və yaydığı terror davam edəcəyi təqdirdə öz həyatlarını qoruya biləcəklərmi?”, - Ukrayna lideri bildirib.

Seçilən
21
teleqraf.com

1Mənbələr