AZ

Azad olunan ərazilərdə aşkarlanan minaların sayı açıqlandı

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə iyunun 17-dən 22-dək icra olunan əməliyyatlar barədə məlumat açıqlayıb.

Qurumdan Teleqraf-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 70 piyada və 34 tank əleyhinə mina, həmçinin 1445 partlamamış hərbi sursat (PHS) aşkarlanıb.

Həmçinin qeyd edilib ki, 1420.9 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət adıçəkilən ərazilərdə həyata keçirilir.

Seçilən
16
1
teleqraf.com

10Mənbələr