AZ

Arda Gülər Vinisiusun rekordunu yenilədi

İyunun 23-nə keçən gecə klublararası dünya çempionatında H qrupunun 2-ci turu çərçivəsində Madrid "Real"ı Meksikanın "Paçuka" komandasına 3:1 hesabı ilə qalib gəlib. 

Fanat.Az xəbər verir ki, qollardan birinin müəllifi Arda Gülər ​​Madrid klubunda 10 qol vuran ən gənc futbolçu olub.

"Opta"nın məlumatına görə, türk yarımmüdafiəçi 10-cu qolunu 20 yaş 57 günlüyündə vurub. Əvvəlki rekord 2020-ci ildə 20 yaş 80 günlüyündə "Real Madrid"in heyətində 10 qol vuran Vinisius Juniora məxsus idi.

"Real" bu qələbədən sonra klublararası dünya çempionatında 4 xalla öz qrupunda turnir cədvəlinə başçılıq edir.

Mirağa

Seçilən
7
2
fanat.az

10Mənbələr