AZ

Əhalinin şəkər istehlakı azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Ötən il Azərbaycanda adambaşına 26.2 kiloqram şəkər istehlak edilib. Bu isə 2023-cü illə müqayisədə 1.3 kiloqram və ya 4.7% azdır.

Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Qeyd edək ki, 2024-cü ildə əhalinin hər nəfəri 256.3 kq süd və süd məhsulları, 115.9 kq təzə çörək, 80.2 kq kartof, 79.1 kq meyvə-giləmeyvə, 7.5 kq düyü, 44.9 kq ət, 3.6 kq kərə yağı, 8.1 kq bitki yağları, 6.3 kq pendir, 8.3 kq balıq və balıq məhsulları istehlak edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
0
1
banco.az

2Mənbələr