AZ

İran Hörmüz boğazını bağlayacaq? - AÇIQLAMA

"İran parlamenti Hörmüz boğazını bağlamaqla bağlı qərar qəbul etsə, özləri də bilir ki, İranın Milli Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilməsi inandırıcı deyil. Oranı bağlamaq olar, amma bağlı saxlamaq mümkün olmaz. Çünki  boğazı bağlı saxlamaq İranın qaldıra biləcəyi yük deyil".

"Unikal" xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. O bildirib ki, hazırkı vəziyyətdə İran rəhbərliyinin səsləndirdiyi bəyanatlar daha çox daxili auditoriyanı sakitləşdirməyə yönəlib:

"Sanki bir məğlubiyyəti etiraf etməmək üçün siyasi ritorikadır. Reallıq isə odur ki, ABŞ və İsrail artıq əsas məqsədinə çatıb. Sadəcə əsas zəlzələdən sonra müəyyən “avtoşoklar” olan kimi burada da müəyyən raket atışları və gərginliklərin dalğa təsirləri ola bilər. Amma qlobal ölçüdə iqtisadi təsirlərin ən güclüsü baş verib. Bundan sonra qorxulacaq nəsə yoxdur. Hətta neft qiymətləri bu dönəmdə öz maksimumlarını yaşayır. Bir müddət sonra yenidən neft qiymətlərində enişlər olacaq".

Seçilən
2
unikal.az

1Mənbələr